Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşdü

Tarix :
Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşdü

Ukraynanın hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi Rusiya raketi Moldova ərazisinə düşüb.
Bu barədə məlumatı Moldova Daxili İşlər Nazirliyinin Mətbuat xidməti öz feysbuk hesabında paylaşıb. 
Bildirilir ki, raket Ukraynanın Vinnitsa vilayətinin yaxınlığında yerləşən Naslavça yaşayış məntəqəsinə düşüb. 
Hadisə nəticəsində xəsarət alan olmasa da, bəzi evlərin pəncərələri sınıb. 
Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın bir neçə vilayətini raket atəşinə tutub.