Rusiyada azərbaycanlılara gəlin satan qadın saxlanıldı

Tarix :
Rusiyada azərbaycanlılara gəlin satan qadın saxlanıldı

Rusiyanın Rostov vilayətində qeyri-leqal azərbaycanlı miqrantlara gəlin satan qadın saxlanılıb. 
Lent.az xəbər verir ki, Tahirə Hacımuradova adlı qadın neçə vaxtdır ki, 130 min rubl (təxminən 3 min manat) qarşılığında saxta sənədlərlə azərbaycanlılar üçün evlilik sənədi düzəldirmiş. 
Martın 29-da Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Hacımuradovanı saxlayıb. Onun üzərində saxta sənədlər aşkar edilib.