İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılır

Tarix :
İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılır

Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq.
Bunu energetika naziri Pərviz Şahbazov "Twitter"də yazıb.
"Əziz dostum, qardaşım və həmkarım Fatih Dönməz ilə enerji əməkdaşlığımızı dərinləşdirəcək layihələr üzrə fəaliyyətimizi dəyərləndirdik. Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq", - nazir yazıb.
Qeyd edək ki, Budapeştdə P.Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında görüş keçirilib.
  • İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılır