“Wall Street Journal”ın müxbiri Rusiyada saxlanıldı

Tarix :
“Wall Street Journal”ın müxbiri Rusiyada saxlanıldı

ABŞ-də dərc edilən nüfuzlu “Wall Street Journal”ın müxbiri Evan Qerşkoviç Rusiyanın Yekaterinburq şəhərində saxlanılıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
O, casusluqda ittiham olunur. Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayırmış.