
Ötən gündən etibarən başlayan qar yağışı səbəbindən Türkiyənin bəzi vilayətlərində məktəblərdə tətil elan olunub.
Türkiyə mətbuatı xəbər verir ki, qarlı hava ilə bağlı 6 vilayətin - Yozqat, Nevşehir, Giresun, Sivas, Bayburt və Muşun bütün məktəblərində dərslər 1 günlük dayandırılıb.
Qeyd edək ki, sözügedən bölgələri təsiri altına alan güclü yağış, dolu, qar və fırtına nəticəsində bir çox evin damı uçub, yüksək dağlıq ərazilərin rayon mərkəzləri ilə əlaqəsində problemlər yaranıb.
