Fazil Mustafanın son durumu necədir? - Həyat yoldaşı açıqladı

Tarix :
Fazil Mustafanın son durumu necədir? - Həyat yoldaşı açıqladı

Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabildir. 
Bu barədə Modern.az-a deputatın həyat yoldaşı Zülfiyyə Mustafayeva məlumat verib.
“Hazırda onun vəziyyəti stabildir. Xəstəxanadan evə nə vaxt buraxılacağı barədə bizə dəqiq məlumat verilməyib", - deyə deputatın xanımı bildirib. 
Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında sui-qəsdə məruz qalan deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub. 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.