Netanyahu Ceyhun Bayramovu qəbul etdi

Tarix :
Netanyahu Ceyhun Bayramovu qəbul etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter"də paylaşım edib.
Netanyahu İsraildə Azərbaycan səfirliyinin açılması münasibətilə nazir Ceyhun Bayramovu təbrik edib.
Görüş zamanı regional məsələlər müzakirə edilib, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə olunub.