
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısından sonra Prezident Rəcəb Tayyip Ərdoğan mühüm açıqlama verib.
DHA xəbər verir ki, aprel ayından etibarən bütün abonentlər üçün elektrik enerjisində 15 faiz endirim olacağını deyən Ərdoğan, Ərəfə günündə isə Qara dəniz qazı ilə bağlı müjdə verəcəyini bəyan edib.
Türkiyə dövlət başçısı, həmçinin bildirib ki, ölkə üzrə iyulda minimum əməkhaqqı da artacaq.
