Rusiyalı mer Ukraynadakı müharibəyə gedir

Tarix :
Rusiyalı mer Ukraynadakı müharibəyə gedir

Rusiyanın Vorkuta şəhərinin meri Yaroslav Şapoşnikov Ukraynadakı müharibəyə gedəcək. 
Bu barədə mer özü açıqlayıb. 
Şapoşnikovun sözlərinə görə, 5 həmkarı da onunla birgə müharbəyə yollanacaq. 
"Artıq Müdafiə Nazirliyinin hərbçisi kimi hərbçilərə birbaşa dəstək olmaq və xüsusi hərbi əməliyyatda iştirak etmək vaxtı çatıb. Beş həmkarım mənimlə Vorkutadan yola düşəcək", - deyə o, qeyd edib.