Tiflisdə Saakaşviliyə görə aksiya keçirilir

Tarix :
Tiflisdə Saakaşviliyə görə aksiya keçirilir

Tiflisdə Norveçin Mühafizəkarlar Partiyasının Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini demokratiya və insan haqları uğrunda mübarizəyə gör təltif etməsinə etiraz olaraq aksiya keçirilir.
Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Norveçin Tiflisdəki səfirliyinin yaxınlığında keçirilən aksiyanın təşkilatçısı Gürcüstanın Nəzarət Palatasının keçmiş rəhbəri, Saakaşvilinin prezidentliyi dövründə həbs edilmiş Sulxan Molaşvilinin qardaşı Tornike Molaşvilidir.