Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukraynada 23 gürcü döyüşçü həlak olub

Tarix :
Ukraynada 23 gürcü döyüşçü həlak olub

Ukraynada müharibə zamanı 23 gürcü əsilli döyüşçü həlak olub.
Bu barədə “Georgia News” nəşri məlumat yayıb.
Bildirilib ki, sonuncu həlak olan döyüşçü 40 yaşlı Quqa Qaqnidze olub. O, Ukrayna Silahlı Qüvvələrinin 25-ci Hava Desant Briqadasında xidmət edib. Quqa Qaqnidze Baxmut yaxınlığında döyüşlər zamanı ölüb.
Onun ölümü ilə bağlı məlumatı sosial şəbəkələrdə gürcü döyüşçüləri yayıb. Qeyd olunub ki, bu günədək 23 gürcü əsilli döyüşçü Ukrayna müharibəsinin qurbanı olub./Modern.az