Fransa səfiri Türkiyə XİN-ə çağırıldı

Fransanın Türkiyədəki səfiri Herve Maqro Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-in yaydığı açıqlamaya görə, Fransa Senatında PKK/YPG üzvlərinə medal (şərəf medalı - red.) verilməsi şiddətlə pislənilib.
"Fransanın Ankaradakı səfiri Herve Maqro Xarici İşlər Nazirliyinə çağırılıb. Terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG və onun qadın qolları olan YPJ üzvlərinin Fransa Senatına dəvət olunaraq "şərəf medalı" ilə təltif edilməsinin qəbul edilmədiyi vurğulanıb", - məlumatda deyilir.