Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda 9-cu mərtəbədən yerə yıxılan gənc komadadır

Tarix :
Bakıda 9-cu mərtəbədən yerə yıxılan gənc komadadır

Bakıda 9-cu mərtəbədən yerə yıxılan gənc oğlanın son durumu açıqlanıb.
Hadisə oktyabrın 30-u saat 17 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü M.Fəracov yaşadığı 10 nömrəli binanın 9-cu mərtəbəsində olan mənzilin yataq otağının pəncərəsindən yerə yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
İlkin müayinə nəticəsində M.Fərəcovda bud çanağının sınığı, kəllə-beyin travması, sağ qabırğanın sınığı, ağciyər zədələnməsi aşkar edilib.
M.Fərəcov komadadır, danışa bilmir.
Hazırda faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.