Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bacı öldü, qardaşı dözməyib özünü öldürdü

Tarix :
Bacı öldü, qardaşı dözməyib özünü öldürdü

Bakıda evdən iki meyit tapılıb. 
APA xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. 
Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünü asaraq intihar edib. 
Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın da meyiti aşkar edilib. 
Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib. 
Faktla bağlı araşdırma aparılır.