Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Intel”in həmtəsisçisi vəfat etdi

Tarix :
“Intel”in həmtəsisçisi vəfat etdi

ABŞ-nin “Intel” şirkətinin yaradıcılarından biri Qordon Mur 94 yaşında vəfat edib.
Bu barədə TASS xəbər verir.
Şirkətin yaydığı məlumata görə, Qordon Mur Havaydakı evində, ailəsinin əhatəsində dünyasını dəyişib.
“Mənim karyeram və həyatımın çox hissəsi Qordonun “Intel”də təqdim etdiyi imkanlar nəticəsində formalaşıb. Onun irsini davam etdirmək mənim üçün şərəfli və məsuliyyətlidir”, - şirkətin baş direktoru Pat Qelsinger deyib.
Qeyd edək ki, “Intel” şirkəti 1968-ci ildə Qordon Mur və Robert Noys tərəfindən yaradılıb. Mur şirkətdə 1968-ci ildən 2006-cı ilədək işləyib.