Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Mühafizəçi şəhərcik sakini qadına mesaj göndərdi! Esənyurtda dəhşət yaşandı

Tarix :
Mühafizəçi şəhərcik sakini qadına mesaj göndərdi! Esənyurtda dəhşət yaşandı

 İstanbul Esənyurtda iddiyalara görə bir şəhərcik mühafizəçisi, bina sakini evli bir qadını mesaj göndərərək narahat etdi. Gələn mesajları görən qadının həyat yoldaşı ağlını itirərək mühafizəçini döyərkən həmin anlar təhlükəsizlik kamerasına əks olunub. Hadisə dünən axşam saatlarında Esenyurdun Atatürk məhəlləsində yerləşən şəhərcikdə baş verib. İddialara görə, ötən həftə bir şəhərcikdə mühafizəçi olaraq işə başlayan şəxs, binada yaşayan bir qadını mesaj ataraq narahat edib. Yaşanan bu vəziyyəti qadının yoldaşına deməyi nəticəsində ortalıq qarışıb. Bundan əsəbləşən ər, məlumat otağına gələrək mühafizəçiyə hücum etdi. Yumruq zərbələrinin hədəfinə çevrilən şəxs hadisədən sonra tuttuğu vəzifədən azad edildiyi öyrənildi.  Həmin anlar şəhərciyin təhlükəsizlik kamerasına saniyə-saniyə əks olunub. Mühafizəçinin işinə son verilib. Həmin anlar barədə danışan şəhərcik əməkdaşı; “Mühafizəçi dünən axşam şəhərcikdə yaşayan bir qadına mesaj göndərib. Qadın bu vəziyyətdən narahat olur və ərinə deyir. Daha sonra qadının yoldaşı mühafizəçini döyüb. Artıq şəhərcik  rəhbərliyi həmin adamın işinə xitam verib”, - deyə o bildirib.