Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Türkiyədə 17 nazir deputatlığa namizəddir - Ərdoğan açıqladı

Tarix :
Türkiyədə 17 nazir deputatlığa namizəddir - Ərdoğan açıqladı

“Türkiyə hökumətinin 17 üzvü ölkənin müxtəlif bölgələrində deputatlığa namizəd olacaq”. 
NTV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 
“Demək olar ki, bütün dostlarımızı bəzi əyalətlərə namizəd təyin etdik. Mənim müavinim Fuat Oktay (Vitse-prezident) Ankaranın namizədi olacaq. Hökumətin 17 üzvü deputatlığa namizəd olacaq. Onların demək olar ki, hamısı müxtəlif vilayətlərdə işləyəcək. Biz onları böyük şəhərlərdən irəli sürmək qərarına gəldik. Böyük şəhərlər mənim həmkarlarım-nazirlərim üçün ən uyğun yerlərdir”, - Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib. Prezident seçkilərinin ikinci turu (zəruri olduqda) mayın 28-nə təyin edilib. 
Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlamışdı. Dövlət başçısının əsas rəqibi müxalifətin “Millət İttifaqı”nın ortaq namizədi Kamal Kılıçdaroğlu olacaq.