Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Zəlzələ peyğəmbəri”ndən daha bir qorxunc proqnoz - Fərqli nöqtələri göstərdi

Tarix :
“Zəlzələ peyğəmbəri”ndən daha bir qorxunc proqnoz - Fərqli nöqtələri göstərdi

Türkiyədə baş verən dəhşətli zəlzələni 3 gün öncədən anons edən hollandiyalı geoloq Frank Huqerbeets sosial media hesablarından yeni proqnozlarını sıralayıb.
 
BAKU.WS xəbər verir ki, 'Kosmos həndəsəsi' mövzusuna diqqət çəkən Frank, xəritədə zəlzələ baş verməsi gölənilən yerləri göstərib.
Martın ilk həftələrində dəhşətli zəlzələlərin gözləndiyini deyən "zəlzələ peyğəmbəri"nin son proqnozları özünü doğrultmayıb. Buna baxmayaraq o, yutub kanalında paylaşdığı videoda Türkiyəyə yaxın məsafədə Afrika, Pasxa adası, Hindistan və Aralıq dənizində zəlzələlər olcağını deyib və Ayın hərəkətlərinə işarə edib.
Merkuri, Venera, Yupiter və Ayın 'kosmos həndəsəsi' üsulu ilə tək bir xətt halına gəldiyini ifadə edən Hoogerbeets, son günlərdə böyük bir zəlzələnin olmadığını, bu səbəbdən önümüzdəki dövrdə bu bölgələrdə şiddətli zəlzələnin gözlənildiyini söyləyib.