Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Boksçu həbsxanada ölü tapıldı

Tarix :
Boksçu həbsxanada ölü tapıldı

Türkiyənin Muğla vilayətində Sıtkı Koçman Universitetinin (MSKU) Sosial Elmlər müəllimliyi fakültəsini bitirən 24 yaşlı Zeynep Şenpınarı qətlə yetirən boksçu Səlim Ahmet Kemaloğlu həbsxanda ölü tapılıb.
Kemaloğlunun intihar etdiyi iddia edilir.
Adana F Tipi Yüksək Təhlükəsizlik Qapalı Həbsxanasında saxlanılan Səlim Əhməd Kemaloğlunun cəsədi saat 08.00 radələrində tək qaldığı otaqda çarpayının üstündən çarşafla asılmış vəziyyətdə tapılıb. İntihar etdiyi təsbit edilən Kemaloğlunun cansız bədəni yarılma üçün Adana Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.
Muğla 1-ci Ağır Cəza Məhkəməsində keçirilən qərar iclasında məhkəmə heyəti Kemaloğlunu ömürlük həbs cəzasına məhkum edib.