Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Mir Şahin Oqtay Əliyevdən yazdı: “...qəbri işıq içində olacaq“

Tarix :
Mir Şahin Oqtay Əliyevdən yazdı: “...qəbri işıq içində olacaq“

"Real" TV-nin direktoru Mir Şahin Ağayev ötən gün qəza nəticəsində həlak olan Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümü ilə bağlı paylaşım edib. 
Həmin paylaşımı təqdim edirik:
KÖHNƏ ULDUZ AXIŞI..
… O qədər Yeni Ulduz qaldı Oqtaydan!?!
…. Köhnə Ulduzumuz özü axıb getdi! Xüsusilə İranın cahiliyyə qaranlığı ilə mübarizə apardığımız vaxtda bir işıq adamın itkisi çox ağır oldu! Dünyəvi dövlətdə, mədəniyyət və incəsənət ölkəsində, sivil Azərbaycanda Oqtay Əliyevin yeri həmişə görünəcək! Biz yalnız dua oxumaq üçün yox, həm də “Olum, ya ölüm?”monoloqu oxumaq üçün, Azan eşitməklə yanaşı, Ulduz görmək üçün də Səmaya baxmalıyıq! Qoy Onun Ulduzları heç vazt sönməsinlər! Qaranlıqları yarsınlar! Onda qəbri də nur, işıq içində olacaq! Allah rəhmət eləsin!