Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ətrafındakı hər kəsi valeh edən ən cazibədar BÜRCLƏR

Tarix :
Ətrafındakı hər kəsi valeh edən ən cazibədar BÜRCLƏR

Girdikləri hər mühitdə işıq kimi parlayan və ətrafa saçdıqları müsbət enerji ilə diqqət çəkən insanlar var.
Yaxşı, bəs siz onlardansınız? Gəlin birlikdə görək...
Mütəxəssis astroloqların açıqlamaları, ən çox parlayan və cazibədarlığı ilə diqqət çəkən bürcləri sizlərə təqdim edir. 
Şir
Cəngəlliklərdə və bürc dünyasında, ümumiyyətlə bütün insanları heyran etməkdə şəriksiz padşahdır. Bu bürc əvvəlcə bir az çox qorxuducu və təkəbbürlü görünsə də, heç kimin şirlərin əmrlərinə müqavimət göstərə bilməməsinin bir səbəbi var. Günəşin bu bürc üzərində böyük hökmranlığı var. Şir fiquru tarix boyu qəhrəmanlıq və şahlıq rəmzi kimi qiymətləndirilib.
Ərəblər ona "Esad", hindlilər "Eslaha" deyirlər. Qədim Misirdə padşah Necepso dünyanın yarandığı zaman Günəşin Denebola ulduzu ilə doğulmasından bəhs edib. Yunan və Roma mifologiyalarında Herakl Neme şiri ilə döyüşüb. Şir romalılarda da güc simvoludur. Buna görə də, hara getsələr, kimin əhatəsində olursa olsunlar şirlər hər şəraitdə girdikləri mühitin ən xarizmatik və güclü insanları olaraq ortaya çıxacaqlar.
Əqrəb
Gözlərində gərgin ifadə və iddialı təbiəti olmayan əqrəblə heç rastlaşmısınız? Biz qarşılaşmamışıq. Bu günəş bürcünün ehtirası və fədakarlığı ilə bağlı bir şey var ki, insanların çoxu bundan qorxurlar.
Şikayət edəcək biri deyil, onlar kömək istəmədən də öz başlarına böyük işlərin öhdəsindən asanlıqla gələ bilərlər. Beləliklə, mahiyyət etibarilə, bu, tək və ya təcrid olunmuş şəkildə fəaliyyət göstərmək qabiliyyətindən daha artığıdır, hansı ki bu onları həqiqətən güclü liderlər edir. Üstəlik, onlar son dərəcə fədakar və əzmkardırlar. Qarşılarına məqsəd qoyduqda onlara mane olacaq heç bir şey yoxdur.
Buğa
Buğa, şübhəsiz ki, ən güclü və dominant bürclərdən biridir. Onlar həmişə nə istədiklərini bilirlər.
Onlar qətiyyətli və inadkardırlar. Buğalar həqiqətən də “yox”u cavab olaraq qəbul etmirlər. Gərgin və macəraçı bir şəxsiyyətə sahib olduqları üçün qorxacaqları çox şey yoxdur. Buna görə də istədiklərinin arxasınca gedirlər və çox vaxt onu tamamlayırlar.
Bu üç bürc daxil olduqları hər mühitdə görkəmli şəxsiyyətləri ilə tanınsa da, bir çox digər bürclərin də diqqət çəkən cəhətləri var... Misal üçün: qoç, qız və oğlaq kimi bürcülər həvəsli və iddialıdırlar.
Xərçəngəkizlər və balıqlar emosiyaların öhdəsindən gəlməkdə əladırlar.
Oxatan və dolçalar isə qayğısız və müstəqildirlər.
Nəhayət, tərəzilər münasibətlərdə, karyerada və ya başqa sahələrdə düzgün tarazlıq yaratmaqda bacarıqlıdır.