Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə xalqı təbrik edib

Tarix :
Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə xalqı təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib.
Paylaşımı təqdim edirik:
"Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".
 
  • Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə xalqı təbrik edib