Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Kahramanmaraşda yenidən zəlzələ OLUB

Tarix :
Kahramanmaraşda yenidən zəlzələ OLUB

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ olub.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Onikişübat bölgəsində baş verən yeraltı təkan Rixter şkalasında 4.3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 6.94 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.