Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Mərhum Oqtay Əliyevlə vida mərasimi keçirilir

Tarix :
Mərhum Oqtay Əliyevlə vida mərasimi keçirilir

Bu gün “SOY” prodakşının sabiq rəhbəri, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimi keçirilir.
Mərasim mərhumun Yasamal rayonundakı evində başlayıb. 
Onunla eyni qəzada yaralanan xanımı Dilarə Əliyeva artıq xəstəxanadan buraxılıb və o da dəfndə iştirak edəcək.
Xatırladaq ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev vəfat edib.
Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.