Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Hələb hava limanı yenidən VURULDU

Tarix :
Hələb hava limanı yenidən VURULDU

Hələb beynəlxalq hava limanı İsrail Hərbi Hava Qüvvələrinin raket hücumundan sonra fəaliyyətini dayandırıb.
Bu barədə Suriyanın Nəqliyyat Nazirliyi məlumat yayıb. 
Bundan əvvəl Suriya Müdafiə Nazirliyi İsrail aviasiyasının Hələb beynəlxalq hava limanının ərazisinə raket zərbəsi endirdiyini açıqlamışdı. Hücum Aralıq dənizindən edilib. Zərbə nəticəsində uçuş-enmə zolağı və naviqasiya avadanlığı sıradan çıxıb.
Qeyd olunur ki, Hələbdən bütün reyslər Dəməşq və Latakiya hava limanlarına yönləndirilib.
Xatırladaq ki, martın 7-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Hələb beynəlxalq hava limanına hücum etmiş, nəticədə uçuş-enmə zolağı və radar zədələnmişdi. Fevral zəlzələsindən zərər çəkən Suriyaya xarici ölkələrdən humanitar yüklərin çatdırılmaması ilə əlaqədar aeroportun fəaliyyəti müvəqqəti dayandırılıb.