Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Tarix :
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan martın 24-ü saat 22:00–a qədər Bakının Nizami rayonunun Müzəffər Nərimanov küçəsində (Heydər Əliyev prospektindən Pəhlivan Fərzəliyev küçəsinə qədər olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb aparılacaq təmir işləridir.
Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.