Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qadın sürücünün idarə etdiyi avtomobil aşıb, iki nəfər ağır xəsarət alıb

Tarix :
Qadın sürücünün idarə etdiyi avtomobil aşıb, iki nəfər ağır xəsarət alıb

Yevlax rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report" xəbər verir ki, hadisə Yevlax rayon ərazisində, Xaldan-Mingəçevir yolunda qeydə alınıb.
Qadın sürücünün idarəetməni itirərək avtomobili aşırması nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.