Kiyevə PUA hücumu: 3 nəfər həlak oldu

Tarix :
Kiyevə PUA hücumu: 3 nəfər həlak oldu

Rusiya qüvvələri tərəfindən Ukraynanın paytaxtı Kiyevə PUA hücumu nəticəsində 3 nəfər həlak olub, biri uşaq olmaqla 7 nəfər yaralanıb. 
Bu barədə "Ukrinform" məlumat yayıb. 
Bildirilib ki, Kiyev vilayətində Rusiya dronları Obuxovski rayonundakı yataqxanaları vurub. Dağıntılar altında ola biləcək 3 mülki şəxsin axtarışları davam edir.