
ABŞ-ın Miluoki şəhərində silahlı insident olub.
Xarici mətbuat xəbər verir ki, bu barədə şəhərin polis idarəsindən məlumat verilib.
Bildirilib ki, atışma nəticəsində 15 yaşı gənc həlak olub, daha 5 nəfər isə yaralanıb.
Hazırda polislər atəş açan şəxsin və ya şəxslərin axtarışını həyata keçirirlər.
