Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Pelosinin həyat yoldaşına hücum edən şəxs məhkəmə qarşısına çıxacaq

Tarix :
Pelosinin həyat yoldaşına hücum edən şəxs məhkəmə qarşısına çıxacaq

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin San-Fransiskodakı evinə basqın edən və onun həyat yoldaşı Pol Pelosiyə çəkiclə hücum edən Devid Depepi noyabrın 1-də məhkəmə qarşısına çıxacaq.
Bu barədə San-Fransisko dairəsinin prokuroru Bruk Cenkins tviter səhifəsində məlumat verib.
"Bazar ertəsi bir neçə maddə üzrə cinayət işi açacağıq və Devid Depepinin çərşənbə axşamı məhkəməyə gəlməsini gözləyirik”, - o bildirib.
Xatırladaq ki, ötən gün N.Pelosinin evinə basqın edən D.Depepi onun həyat yoldaşı P.Pelosini yaralayıb. Hadisə vaxtı ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri evdə olmayıb.