Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ermənistanda 15 əsgərin yanaraq ölməsində təqsirləndirilən kapitan həbs edildi

Tarix :
Ermənistanda 15 əsgərin yanaraq ölməsində təqsirləndirilən kapitan həbs edildi

Ermənistanda hərbi hissədə 15 hərbçinin ölümünə səbəb olan yanğında təqsirləndirilən kapitan Eqişe Akopyan iki ay müddətinə həbs edilib.
Bu barədə Akopyanın vəkili Ovsep Sarkisyan məlumat verib.
Xatırladaq ki, yanvarın 19-da kazarmada başlayan yanğında 15 əsgər ölüb, daha 7 nəfər xəstəxanaya yerləşdirilib. Onların arasında Akopyan da var idi ki, onun üzərində dəri transplantasiyası əməliyyatı keçirilib. Martın əvvəlində Akopyan Mərkəzi Kliniki Hərbi Hospitala aparılıb və orada olduğu zaman da həbs edilib.
İşlə bağlı materiallara görə, Akopyan 5 litrlik kanistrdən benzin tökərək kazarmadakı sobanı yandırmağa çalışıb və bu da yanğına səbəb olub. 
Mənbə: Sputnik Ermənistan