Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Meyxanaçılar narkoman olur? - “Dəfələrlə xəbərdarlıq etmişik...”

Tarix :
Meyxanaçılar narkoman olur? - “Dəfələrlə xəbərdarlıq etmişik...”

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlunun meyxananın hazırki vəziyyətindən şikayətlənməsi müzakirələrə səbəb olub. 
Onun sözlərinə görə, gənc meyxanaçılar bu səhəyə  kriminal elementlər, pis vərdiş və söyüş gətiriblər. 
Bəs nədir meyxana? Həqiqətənmi meyxana sənəti kriminal aləmlə, narkotik dünyası ilə niyə bu qədər bağlıdır? Ədəbiyyatın xüsusi istedad tələb edən bu unikal istiqamətini çirkləndirən meyxanaçılar varmı? 
Məsələ ilə bağlı meyxanaçı Ağamirzə Məmmədov fikirlərini Yenisabah.az-la bölüşüb. 
60 yaşlı söz ustadı əvvəllər bu cür gənclərin olduğunu təsdiqləsə də, son dövlərdə bu cür hallara rast gəlmədiyini bildirib:
“Vallah, indi belə şeylər yoxdur, artıq yığışdırılıb. Əvvəllər bu cür gənclər olub düzdür, bir-iki nəfər belə qafiyə deyənlər vardı, lakin axır zamanlar tamamilə yığışdırılıb. Biz də yaşlı sənətkarlar olaraq onlara öz fikirlərimizi, iradlarımızı demişik və özlərini yığışdırıblar. Dəfələrlə onlara bu barədə xəbərdarlıq etmişik ki, belə şeylər demək olmaz. 
Bəzən meyxanaçıların adı ətrafında bəzi söz-söhbətlər gedir, pis vərdişləri olduğu, kriminal aləmə yaxın olduqları iddia olunur. Amma bu gün üzdə olan meyxanaçıların 89-90 faizi namaz qılır, oruc tutur. Bəzən meyxanaçıların içində bir dənə pis vərdişi olan adam çıxır, onu şişirdirlər, bu sahədə olanların hamısına aid edirlər. Bu düzgün yanaşma deyil. Bilirsiniz ki, bizdə belə bir xasiyyət var, min dənə yaxşılıq et gözə görünməyəcək, amma bir dənə pis nə isə olsa, onu həmən dəqiqə şişirdirlər. Ona görə, bunu bütün meyxanaçılara aid etmək olmaz. Allah hamıya kömək olsun, Rəşad Dağlının da qapısını açsın”. 
Meyxanaçı tez-tez gənc həmkarlarına tövsiyələr verdiyini, onlara diqqətli olmağı tapşırdığını qeyd edib:
“Mən tez-tez gənclərə bir böyük kimi tövsiyələrimi deyirəm. Deyirəm ki, bizə vətənimiz, dövlətimiz, sülh-əminamanlıq lazımdır, başqa şeylər, lazımsız qafiyələr bizə lazım deyil. Hər dəfə bunu qeyd edirəm. Öz yanımda olan bir neçə uşaq var, onlarla hər dəfə bir araya gələndə bunu deyirəm, yenə deyəcəyəm, ta ölənəcən bunu demək bir böyük kimi mənim borcumdur. Maşallah, son zamanlar gənclər arasında hər şey əladır, bizi dinləyirlər. Artıq qafiyələrdəki lazımsız söz-söhbətlər tamamilə yığışdırılıb”.