Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Daha bir sosial platforma Trampa qoyulan qadağanı götürdü

Tarix :
Daha bir sosial platforma Trampa qoyulan qadağanı götürdü

“YouTube” sosial şəbəkə platforması ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabına qoyulan qadağanı aradan qaldırdığını açıqlayıb.
Bu barədə platformanın “YouTubeInsider” adlı tvitter hesabında bildirilir.
"Bu gündən etibarən “Donald J. Trump” kanalı artıq məhdudlaşdırılmır və yeni məzmun yükləyə bilər. “YouTube”dakı hər hansı digər kanal kimi, bu kanal da bizim siyasətlərimizə tabe olmağa davam edəcək”, - deyə 2 ildən sonra Trampın qadağasına son qoyulduğu açıqlanıb.
Qeyd edək ki, sabiq ABŞ prezidentinə məxsus kanalın 2,6 milyondan çox izləyici kütləsi var.
Qeyd edək ki, kanal 2021-ci il yanvarın 6-da videoların zorakılığa təşviq edə biləcəyi əsas gətirilərək bağlanmışdı.
Xatırladaq ki, daha əvvəl sosial şəbəkə platformaları “Facebook”, “Instagram” və “Twitter” də ABŞ-ın keçmiş prezidentinin paylaşım qadağasını ləğv edib.
Qadağaların aradan qaldırılmasına baxmayaraq, hələlik sözügedən platformalarda heç nə paylaşmayan Tramp 2021-ci ildə yaratdığı sosial platforma olan “Truth Social”dakı hesabından aktiv şəkildə istifadə edir.