Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Əli Əsədov Fuat Oktaya məktub göndərdi

Tarix :
Əli Əsədov Fuat Oktaya məktub göndərdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda bildirilib ki, siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir.
Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri iki ölkə arasındakı birliyin və həmrəyliyin bariz ifadəsi kimi dəyərləndirilib.
Vurğulanıb ki, Azərbaycan qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığı və səmərəli fəaliyyəti bundan sonra da birgə səylərlə genişləndirmək və şaxələndirmək əzmindədir.