İndoneziya sahillərində zəlzələ oldu

access_time18-03-2023, 10:09 visibility6 categoryXəbərlər
İndoneziyanın Yava adası sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 636 min nəfərdən çox əhalisi olan Yoqyakarta şəhərindən 140 km cənub-qərbdə yerləşib. Mənbə 58 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Həmçinin, sunami təhlükəsi elan olunmayıb.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş