Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İran vətəndaşı məhkəmə qarşısında: Bakıda 12 yaşlı qızı...

Tarix :
İran vətəndaşı məhkəmə qarşısında: Bakıda 12 yaşlı qızı...

Bakıda 12 yaşlı məktəbliyə qarşı əxlaqsızlıq edən iranlı kişi həbs olundu 
Abşeron Rayon Məhkəməsində kursa gedən 12 yaşlı məktəbliyə qarşı əxlaqsız hərəkətlər sərgiləyən 1968-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Yousefi Gholarezaya hökm oxunub. O, məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
7-ci sinif şagirdi Mirzəyeva Aynur (şərti) hadisə günü kursa getmək məqsədilə 535 saylı avtobusa minib. Sıxlıq olduğundan ayaqda getməli olub və təqsirləndirilən şəxsin sağ tərəfində dayanıb. Bu zaman Yousefi qızı sağ əli ilə qucaqlayaraq özünə tərəf sıxmağa başlayıb. Məktəbli Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yanında düşdükdə 54 yaşlı kişi də onunla birlikdə düşüb. O, Aynura yaxınlaşaraq əlindən tutub və suallar verməyə başlayıb. Məktəblidən hara getdiyini öyrəndkdən sonra ondan hansı günləri və saat neçədə hazırlıq kursuna getdiyini soruşub. Onlar kursun binasına çatdıqda Aynur getmək istəsə də, o, icazə verməyərək skamyada oturmağı təklif edib. Daha sonra Aynur oturarkən Yousefi arxa tərəfə keçib və onu qucaqlayaraq üzündən və boğazından öpüb, sonra isə sinəsini sıxmağa başlayıb. Məktəblidən baş verənləri ailəsinə danışmamağı istəyib. Ona pul verməyi və başqa yerə aparmağa söz verib. 12 yaşlı qız hazırlıqdan çıxana qədər Yousefi onu gözləyib və çıxdığını bilən kimi ona yaxınlaşıb. Əlindən tutaraq qızı evinə qədər aparıb. Onlar Aynurun yaşadığı binaya çatanda Aynur anasının pəncərədən baxdığını görərək ona əl edib. Bu zaman Yousefi qızın əlini buraxaraq heç kimə olanlar barədə deməməsini istəyib və oradan uzaqlaşıb. Daha sonra məktəbli bu barədə anasına danışıb. 
Yousefi Gholareza məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.