Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Baş nazir məktəblərə şəhid adının verilməməsi səbəbini açıqladı

Tarix :
Baş nazir məktəblərə şəhid adının verilməməsi səbəbini açıqladı

“Şəhid adlarının əbədiləşdirilməsi məsələsinə gəlincə, ölkədə 4500-ə yaxın məktəb var. Bunun da 3600-ə qədəri adlıdır. Nəzərə alınmalıdır ki, bəzi hallarda bir neçə şəhid eyni məktəbdə oxuyub. Yaxud da başqa səbəblərə görə onların adı məktəblərə verilə bilmir”.
Report xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib.
O xatırladıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı ilə yanaşır: “Mümkün olduğu qədər onlara bütün yardımlar göstərilir. Küçə və prospektlərə şəhid adlarının verilməsi məsələsi də qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir”.