Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Həbsxana rəisinin məhbusla eşq yaşadığı üzə çıxdı - Vəzifəsini itirdi - FOTO

Tarix :
Həbsxana rəisinin məhbusla eşq yaşadığı üzə çıxdı - Vəzifəsini itirdi - FOTO

Argentinanın Çako şəhərindəki Barranqueras həbsxanasının müdiri Andrea Ferreyranın məhbus Xavyer Duarte ilə eşq yaşdığı üzı çıxıb.
Qətl törətdiyi üçün 15 il həbs cəzası almış məhbusla eşq yaşayan Ferreyra ilk baxışdan məhbusa aşiq olduğunu etiraf edib.
Evli və bir övladı olan qadın həbsxana rəhbəri məhbusla feysbukda mesajlaşmağa başlayıb. Məhbusla əlaqələri üzı çıxdıqdan sonra Andrea Ferreyra tutduğu postdan istefa verib.
"Mən heç nədən qorxmuram. Xaviyerin necə olduğunu bilirəm və ona çox inanıram. Məncə, o dəyişib. İndi yeni iş axtarıram və həyatımı yenidən qurmaq üçün çox həyəcanlıyam",-deyə istefa verən Ferreyra bildirib.