Toy karvanında "avtoş"luq edənlər tutuldu

access_time17-03-2023, 16:15 visibility4 categoryXəbərlər
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində toy karvanında avtoxuloqanlıq edən 9 nəfər müəyyən edilərək şöbəyə gətirilib. Onların idarələrində olan avtomobillər müvəqqəti duracağa yerləşdirilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş