Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanda qiymət artımının səbəbləri açıqlandı: "Bu amillər..."

Tarix :
Azərbaycanda qiymət artımının səbəbləri açıqlandı: "Bu amillər..."

İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda qiymət artımına təsir göstərən əsas faktorları açıqlayıb.

Ekspert açıqlamasında bildirib ki, qiymət artımının əsas səbəbi gömrük rüsumunun yüksək olmasıdır:


"Bundan sonra vergilərin yüksək olması və əlavə dəyər vergisinin 18% olmasıdır. İstəlinən vergi rüsumunun son ödəyicisi Azərbaycan vətəndaşıdır. İnhisarçılıq, bazarın rəqabəstsiz mühitdə olması da qiymət artımına təsir göstərən faktorlardandır”.

Natiq Cəfərlinin fikirincə, Azərbaycanda qiymət artımına təsir göstərən əsas amillər sırasında Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı qərarı 10-cu yerdə dura bilər.