Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Türkiyədən mənzil alan azərbaycanlıların sayı azalıb, ruslar kəskin artıb – Siyahı

Tarix :
Türkiyədən mənzil alan azərbaycanlıların sayı azalıb, ruslar kəskin artıb – Siyahı

Bu ilin ilk 2 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 138 mənzil satın alıblar.
Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlar bildirir ki, azərbaycanlılar yanvar ayında Türkiyədən 65, fevral ayında isə 73 mənzil alıblar. 
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında Türkiyədən mənzil alan azərbaycanlıların sayı azalıb. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında azərbaycanlılar Türkiyədən 182 mənzil alıblar.
Onu da bildirək ki, son 9 ildə Azərbaycan vətəndaşları Türkiyədn 9 min 72 mənzil alıblar:

İllərMənzillərin sayı
2015815
2016610
2017942
20181 250
20191 191
20201 279
20211 517
20221 330
2023
Yanvar-Fevral
138
Cəmi9 072
Qeyd edək ki, bu ilin ilk 2 ayı ərzində Türkiyədən ən çox Rusiya (2 min 740 mənzil), İran (972 mənzil), İraq (402 mənzil), Ukrayna (299 mənzil), Qazaxıstan (288 mənzil) Almaniya (250 mənzil) və Çin (193 mənzil) vətəndaşları mənzil alıblar.
Əvvəlki illərlə müqayisədə Türkiyədən mənzil alan Rusiya vətəndaşlarının sayı kəskin artıb. Son 5 ilin yanvar-fevral aylarında Rusiya vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı aşağıdakı kimi olub:

2019 Yanvar-Fevral – 431
2020 Yanvar-Fevral – 536
2021 Yanvar-Fevral – 519
2022 Yanvar-Fevral – 988
2023 Yanvar-Fevral – 2 740