Taleh Yüzbəyovun adından dələduzluq edildi

Tarix :
Taleh Yüzbəyovun adından dələduzluq edildi

Aktyor Taleh Yüzbəyovun adından dələduzluq edilib.  
T. Yüzbəyov bu barədə "Facebook" hesabında məlumat yayıb. 
Onun sözlərinə görə, aktyorun adından səhifə açılıb, saxtakarlıq edilib:
"Dostlar, qarşınıza mənim adımdan yarış və ya hədiyyə təklif edən səhifə çıxarsa, inanmayın! Saxtakarlıqdır. Sizi aldada bilərlər. Xahiş edirəm, ehtiyatlı olun! Həmin səhifəni şikayət edin və "əbəjdadını" söyün, zəhmət olmasa".