Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İran yenə qan gölünə döndü: 1 ölü, 14 yaralı

Tarix :
İran yenə qan gölünə döndü: 1 ölü, 14 yaralı

İranın Zahedan şəhərində yerləşən Məkki məscidində kütləvi iğtişaşlar baş verib.
“Report” “Tasnim”ə istinadən xəbər verir ki, naməlum şəxslər mülki əhaliyə və polislərə atəş açıblar.
Hadisə nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.
Bildirilib ki, bir qrup vətəndaş yoldan keçən avtomobillərə zərər vurmağa çalışıb.