"Ford" 1,2 milyondan çox avtomobilini geri çağırdı

Tarix :
"Ford" 1,2 milyondan çox avtomobilini geri çağırdı

"Ford Motors" əyləc sistemində yaranan problemə görə ABŞ-da 1,2 milyondan çox avtomobilini geri çağırıb. 
Şirkətdən verilən açıqlamaya görə, xəta təmənnasız olaraq aradan qaldırılacaq. 
ABŞ Milli Yol Təhlükəsizliyi İdarəsi 2013-2018-ci illər arasında ABŞ-da istehsal edilmiş 1,2 milyon "Ford Fusion" və "Lincoln MTZ" model avtomobilin hidravlik maye sızması riski səbəbilə geri göndərildiyini açıqlayıb. 
Məlumata görə, problem aradan qaldırılmasa, idarəetmə zamanı qəza baş verə bilər.