Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ermənistan ordusunda fərarilik adi hal alıb

Tarix :
Ermənistan ordusunda fərarilik adi hal alıb

Son vaxtlar Ermənistan silahlı qüvvələrinin müxtəlif bölmələrində fərarilik halları xeyli artıb.

Publika.az xəbər verir ki, bu günlərdə Ermənistan ordusunun daha 4 hərbi qulluqçu xidmət yerini özbaşına tərk edib.

Məlumatda bildirilir ki, həmin erməni hərbiçiləri xidmət yerində mütəmadi surətdə döyüldüklərinə, fiziki və mənəvi təhqirlərə məruz qaldıqlarına görə bu addımı atıblar.

Ermənistanın Gorus rayonunun Xndzoresk yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrdən birində baş verən hadisə ictimaiyyətdən gizlədilir. Hərbi hissə komandirinin fərarilik edən hərbçilərin axtarılması və tapılaraq xidmət yerinə qaytarılması ilə bağlı məktubuna əsasən hərbi polis tərəfindən tədbirlər görülür.