Pelosinin əri hücum nəticəsində yaralandı

Tarix :
Pelosinin əri hücum nəticəsində yaralandı

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ərinə hücum edilib.
Bu barədə "Reuters" məlumat yayıb. 
Məlumata görə, Paul Pelosinin evinə girən naməlum şəxs onu ağır yaralayıb.
"Hücum edən şəxs həbsdədir, hücumun motivləri araşdırılır", - siyasətçinin ofisinin açıqlamasında deyilir.