Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanda yeni doğulan körpə öldü

Tarix :
Azərbaycanda yeni doğulan körpə öldü

Zaqatalada yeni doğulan körpə ölüb.
APA məlumatına görə, rayonun Yeni Suvagil kənd sakini, 24 yaşlı Gülsənəm Etimad qızı Zamanova oktyabrın 25-də birinci hamiləliklə doğuş üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (MRX) Doğum şöbəsinə daxil olub. 
G. Zamanova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Yeni doğulan körpədə kəskin narahatlıq olduğu üçün doğuşun ertəsi günü müalicə məqsədilə Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Körpə oktyabrın 27-də Bakıda müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.