Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Bakı TV.az” İnternet Televiziyasının rəhbəri Habil Vəliyev döyülən türk vətəndaşı ilə bağlı Daxili İşlər Naziri Vilayət Eyvazova və Baş Prokuror Kamran Əliyevə müraciət etdi...

Tarix :
“Bakı TV.az” İnternet Televiziyasının rəhbəri Habil Vəliyev döyülən türk vətəndaşı ilə bağlı Daxili İşlər Naziri Vilayət Eyvazova və Baş Prokuror Kamran Əliyevə müraciət etdi...

Cənab Nazir ! 
Cənab Baş prokuror !
Rəhbərlik etdiyim BakıTV.az İnternet Televiziyasına Bakıda fəaliyyət göstərən “Mustafa Yıldırım” şirkətinin  rəhbəri Mustafa Yıldırımın müraciəti daxil olub. 
Türkiyə vətəndaşı öz müraciətində bildirir ki, Azərbaycan vətəndaşı olan Zaur Hüseynov Mustafa Yıldırımı ofisində qəddarcasına döyərək təhqir edib, onu aşağılayıb. Zaur Hüseynovun bu hərkətinin video-çəkilişi də Mustafa Yıldırım tərəfindən “Bakı TV.az” İnternet Televiziyasına təqdim olunub. Bundan əlavə araşdırmanın birtərəfli olmaması üçün redaksiyamızın Zaur Hüseynovla apardığı telefon danışığının, eyni zamanda özünü Zaur Hüseynovun vəkili kimi təqdim edən Elnur Abbaszadənin bizi təhdid edən telefon danışığının və üstəlik Zaur Hüseynovun yenidən Mustafa Yıldırıma hədə-qorxu gəlməsi ilə bağlı telefon danışığının səs yazıları da əlimizdə dəlil-sübut kimi var. 
Cənab Nazir ! 
Cənab Baş prokuror !
Biz  video-çəkilişi və səs yazılarını Sizin rəhbərlik etdiyiniz dövlət qurumlarına təqdim edərək, məsələnin obyektiv və ədalətli araşdırılacağına inanırıq.  
Onu da qeyd edim ki, bir media olaraq bizim məqsədimiz ancaq və ancaq dövlətimizin imicini qorumaqdır. Çünki milliyətindən, dinindən asılı olmayaraq ölkəmizdə döyülən, təhqir olunan, saldırıya məruz qalan hər bir əcnəbi vətəndaşa qarşı edilən bu tip hərəkətlər sivil, demokratik, hüquqi dövlətimizin imicinə zərbədir. 

Şəxsinizədərin hörmətlə: “Bakı TV.az” İnternet Televiziyasının rəhbəri Habil Vəliyev 

Türkiyəli iş adamı Mustafa Yıldırımın döyülməsi məsələsinə nə üçün yenidən qayıtdıq..?  
Bakıda fəaliyyət göstərən “Mustafa Yıldırım” şirkətinin rəhbəri Mustafa Yıldırımın öz ofisində Azərbaycan vətəndaşı Zaur Hüseynov tərəfindən qəddarcasına döyülməsi, təhqir olunması məsələsinə yenidən qayıtmağımızın ciddi səbəbləri var. Söhbət döyülən, təhqir olunan, saldırıya məruz qalan şəxsin millətimiz üçün əziz, doğma olan türk qardaşımız olmasından getmir. Əlbəttə, Ulu Öndərin dediyi kimi, bizlər “Bir millət iki dövlətik”. 
Məsələnin kökündə daha ciddi səbəblər var. Milliyətindən, dinindən asılı olmayaraq ölkəmizə turist kimi, iş adamı kimi, alim kimi və s gələn şəxs üçün ilk növbədə dövlətimizdə qanunların işləməsi, insan haqları və s sivil dəyərlər maraqlıdır. Döyülən, söyülən, təhqir olunan, haqqı tapdalanan əcnəbi turist, yaxud iş adamı bir də ölkəmizə gələrmi..? 
Yaxud ölkəmizdə təhqir olunan, hələ üstəlik döyülən əcnəbi gedib dövlətimiz, millətimiz barəsində nələr danışacaq... 
Sözümüzün canı odur ki, Mustafa Yıldırımın döyülməsinin kökü  çox dərinlərə gedib çıxır. Mustafa Yıldırım olmasın, başqa bir əcnəbi ölkənin vətəndaşı olsun. Həm də yeri gəlmişkən, daşnak erməni lobbisi onsuz da bütün dünyada biz azərbaycanlıları az qala vəhşi, qeyri-sivil toplum kimi təqdim etməyə çalışır. Üstəlik də Zaur Hüseynov kimilərin heç bir əndazəyə sığımayan hərəkətləri. Yəni bizi narahat edən baş verən olayın məhz bu tərəfləridir. 
Cənab Prezident İlham Əliyevin və Birinci Vitse Prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə beynəlxalq tədbirlər keçirilir, xarici qonaqlara ölkəmizin keçmişi, mədəniyyəti ilə bağlı dəyərli məlumatlar verilir, ölkəmizin sivil, mədəni imici formalaşdırılır. Bizim hər birimiz  bu məsələdə ayıq-sayıq olmalıyıq. Unutmaq lazım deyil ki, hətta adi bir taksi sürücüsü ölkə ilə bağlı həm müsbət, həm də mənfi obraz yarada bilər. 
Biz hələ döymək, kimisə təpikləmək məsələsini demirik. Bir neçə gün öncə gördünüzmü, ucqar rayonda ingilis dilndə səlis danışan bir məktəbli uşaq Polşadan olan turistin necə marağına və rəğbətinə səbəb oldu. Türk iş adamının döyülməsinin üzərində çox dayanmağımızın  səbəbi budur. Kimsə bu məsləyə adi məsələ kimi baxa bilər. Amma belə deyil. 
Biz hələ Mustafa Yıldırımın redaksiyamıza müraciətindən sonra Zaur Hüseynovun ona zəng edərək müraciəti geri götürməsini, onu “razborkaya” dəvət etməsini, özünü Zaur Hüseynovun vəkili kimi təqdim edən Elnur Abbaszadənin bizə, media mənsublarına hədə-qorxu gəlməsini demirik. Bunları araşdırmaq bizim deyil, hüquq-mühafizə orqanlarının işidir. Və ümid edirik ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq bu məsləni obyektiv və ədaləti araşdıracaqdır. 
                                “Bakı TV.az” İnternet Televiziyasının rəhbəri Habil Vəliyev