Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Rusiya ordusu İran PUA-ları ilə Ukraynaya hücum edib” - Baş Qərargah

Tarix :
“Rusiya ordusu İran PUA-ları ilə Ukraynaya hücum edib” - Baş Qərargah

“Son sutkada Rusiya ordusu İran istehsalı olan 14 “Şahed” PUA-sı ilə Ukraynaya ərazisinə hücum edib. Onlardan 12-si məhv edilib”. 
“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.
Məlumata görə, 10-dan çox yaşayış məntəqəsi, o cümlədən paytaxt Kiyev, Jitomir, Xarkov, Dnepr, Krivoy Roq, Zaporojye və Donetks əraziləri hücuma məruz qalıb:
“Bunun üçün düşmən qanadlı və zenit raketlərdən istifadə edib. Qarşı tərəf müvəqqəti işğal olunmuş ərazilərdə Ukraynanın mədəni irsini məhv edir, muzeyleri talan edir, Ukrayna dilində nəşr olunmuş dərslikləri yandırır”.
Həmçinin qeyd olunub ki, silah və hərbi texnikanın cəmləşdiyi 16 ərazi vurulub: “Bundan əlavə, hava hücumundan müdafiə bölmələri 5 qanadlı raket və bir "Su-25" təyyarəsini məhv edib”.