Trampın 3 ölkə prezidenti ilə bağlı səsyazısı yayıldı

access_time19-10-2022, 10:16 visibility20 categorySiyasət
ABŞ jurnalisti Bob Vudvord 2020-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Trampla danışıqlarının audio yazılarını yayıb.
Xarici KİV xəbər verir ki, "The Trump Tapes" adı ilə təqdim edilən 8 saatlıq səs yazısı ABŞ mediası tərəfindən ortaya çıxıb.
Səs yazılarında və Trampın verdiyi açıqlamalarda onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibəti gündəmə gəlib. CNN tərəfindən yayımlanan səs yazılarında və audiokitablardan çıxarışlarda Tramp Ərdoğan, Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Putin haqqında da açıqlamalar verib.
Tramp müsahibələrində Kimi, Putini və Ərdoğanı bəyəndiyini söyləyib. 2020-ci ilin yanvarında qeydə alınan səs yazısında Tramp deyib:
"Mən Ərdoğanla yaxşı anlaşıram, bu, əslində belə olmamalıdır, çünki hamı onun çətin insan olduğunu deyir. Mən asan olanları o qədər də sevmirəm". 
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş